Rusiyaya məxsus “Boeing 747” təyyarəsi Moskvanın Şeremetyevo hava limanına uğurla eniş edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, təyyarə saat 20:19-da hava limanına təhlükəsiz eniş edib.
Qeyd edilib ki, məcburi enişin səbəbi kabinədə temperaturun artması olub.
xxx
Rusiyaya məxsus “Boeing 747” təyyarəsi Moskvanın Şeremetyevo hava limanında təcili eniş etməyə hazırlaşır .
Bu barədə “Baza” məlumat yayıb.
Bildirilib ki, Anadıra uçan təyyarə hazırda yanacaq yandırmaq üçün Moskva üzərində məcburi dövrə vurur. Paytaxtdan havaya qalxdıqdan bir müddət sonra təyyarədə problemlər yaşanmağa başlayıb. Kapitan Şeremetyevoya qayıtmaq qərarına gəlib.
Məlumata görə, təyyarədə 282 sərnişin var.///Publika.az