28.9 C
New York
Cümə, İyun 6, 2025

Buy now



Gövhər Rzayeva müğənni qohumuna əsəbiləşib efiri tərk etdi

Əməkdar artist Gövhər Rzayeva müğənni xalası qızı Gülnarə Mahmudova ilə növbəti dəfə qalmaqal yaşayıb.

Bizimshow.az xəbər verir ki, qarmon ifaçısı “Elgizlə izlə” proqramına gələn qohumu ilə barışmayacağını bildirərək, “Allah hamısına can sağlığı, ömür versin. Məndən uzaq Allaha yaxın” deyib.

Cavab olaraq isə Gülnarə “Mən əvvəldən demişəm ki, ölsəm üstümə gəlməsin, ölsə, üstünə getməyəcəyəm. Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb. Validə əgər mənim anamdırsa, sənin də xalandır. Sən gərək xalanın dalınca danışmazdın, özün də bilirsən ki, onun haqda nə demisəm. Anam haqda böyük bir səhvə yol verib. İnsan ölür, amma söz qalır. Mən bilsyədim ki, Gövhər buradadır, heç gəlməzdim” deyib.

Bu sözlərdən sonra isə Gövhər Rzayeva ayağa qalxaraq “Bilsəydim ki, buradadır, gəlmzədim. O kimdir ki, mən onun yanında oturmuşam. Əl çəkin məndən” deyib və efiri tərk edib./Axşam.az


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN