20.9 C
New York
Çərşənbə, İyun 4, 2025

Buy now



İyun ayında bürcləri nə gözləyir? – ULDUZ FALI

İyun ayı səma hadisələri baxımından mühüm planetar qarşılıqlı təsirlərlə müşahidə olunacaq. 
Bizimshow.az türk mediasına istinadən xəbər verir ki, bu ay ümumilikdə sərt təsirlərlə dolu olmasa da, Mars-Uran meydanı kimi mühüm və riskli bucaqlara ev sahibliyi edəcək.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu bucaq ayın ortalarında təsirini artıracaq və insanlarda ani reaksiyalar, üsyankar davranışlar, qəfil dəyişikliklər və mübahisəli hallar yarada bilər. Bu isə qəzalar və qəfil hadisələr baxımından diqqətli olunmalı bir dövrə işarə edir.

İyunun ən önəmli göy hadisələrindən biri Yupiterin Xərçəng bürcünə keçməsidir. Bu keçid təxminən 1 il davam edəcək və ümumilikdə daşınmaz əmlak, ailə və evlə bağlı mövzularda şanslı bir dövrə işarə edir. Astrologiyada Yupiterin Xərçəng bürcündə güclü olduğu qəbul olunur və bu da fərdlər üçün qorunma, dəstək və genişlənmə enerjisi gətirir.

Lakin bu keçidlə bərabər Saturn və Neptunla olan kvadrat bucaqlar da formalaşacaq. Bu isə məsuliyyət təzyiqi, qeyri-müəyyənlik, gecikən uğurlar və real problemlərlə qarşılaşma ehtimalını gündəmə gətirir. Xüsusilə təhsil və səyahət kimi sahələrdə bəzi bloklanmalar və xaos yaşana bilər. Ayın sonunda Mars-Yupiter sekstili müsbət təsirləri ilə fərqlənir. Bu bucaq cəsarət, təşəbbüs, motivasiya və özünə inamın artması ilə müşayiət olunacaq. Ayın ortasındakı gərginliklərdən sonra bu enerji, pozitiv dönüş və uğurlu başlanğıclar üçün əlverişli şərait yaradacaq.

Ay ərzində bir neçə mühüm bürc keçidi də baş verəcək:

Günəş və Merkuri Xərçəng bürcünə keçəcək, bu da insanlarda emosional bağlılığın artdığı, ailə və yaxınlarla münasibətlərin ön plana çıxdığı bir dövrə işarə edir.
Ayın sonunda Merkuri Şir bürcünə keçəcək. Bu isə özünü ifadə etmə, diqqət çəkmə və ünsiyyətdə özündən əmin olma meyillərini gücləndirəcək. Mars Qız bürcünə keçir. Daha nizamlı, çalışqan, analitik və sağlamlığa fokuslanmış bir enerji dövrü başlayır. İdman və bədən sağlamlığı ilə bağlı təşəbbüslər üçün əlverişli bir zamandır./Sfera.az


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN