Sizin də gündəlik yorğunluq, zəif immunitet, ya da solğun dəri kimi problemləriniz varsa, onların həllini uzaqlarda axtarmayın. Mətbəxinizdə olan, cəmi 1 manata əldə edə biləcəyiniz bir ədviyyat sizə təbii güc verə bilər.
“Referans” xəbər verir ki, söhbət möcüzəvi xüsusiyyətləri ilə tanınan zərdəçaldan (sarıkök) gedir.
Zərdəçal nədir və niyə möcüzə sayılır?
Zərdəçal (curcuma longa) – min illərdir Hindistan və Asiya təbabətində istifadə edilən təbii bir ədvadır. Onun əsas aktiv maddəsi kurkumin güclü antiinflamator və antioksidant xüsusiyyətləri ilə tanınır. Zərdəçal:
-İmmuniteti gücləndirir
-Dərini təravətləndirir və sızanaqları azaldır
-Həzm sistemini yaxşılaşdırır
-Beyin funksiyalarını dəstəkləyir
-Stressi azalda bilər
Bəs 1 manatlıq möcüzə necə istifadə olunur?
Bazarlarda 100-150 qramlıq zərdəçal tozu cəmi 1 manata təklif olunur. Bu miqdar gündəlik istifadə zamanı bir həftəyə qədər bəs edir. Onu sadəcə süd, çay və ya bal ilə qarışdıraraq qəbul etmək kifayətdir. Hətta maska şəklində üzdə istifadə edənlər belə var.
Həkimlər nə deyir?
Fitoterapevtlər və təbii müalicə mütəxəssisləri zərdəçalın müntəzəm, lakin ölçülü şəkildə istifadəsini tövsiyə edirlər.