13.3 C
New York
Bazar ertəsi, İyun 2, 2025

Buy now



“O şimdi asker” deyirdi – elə VİDEOsu yayıldı ki…

Bir vaxtlar “O şimdi asker” mahnısı ilə məşhurluq qazanan Tuğba Ekinci bu dəfə qeyri-adi reklam videosu ilə gündəmə gəlib.

Bizimshow.az xəbər verir ki, sənətçi sosial mediada paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib.

Belə ki, Tuğba Ekinci bir məkanın reklamını etmək məqsədilə hərbi kamuflyajda kameralar qarşısına keçib. O, məkanın qarşısında qəribə hərəkətlər sərgiləyib. Bu görüntülər sosial mediada sürətlə yayılıb və çox sayda istifadəçi tərəfindən “Haradan haraya…” şərhləri ilə qarşılanıb.

Tuğba Ekinci 1977-ci il iyunun 4-də Türkiyənin Qars şəhərində anadan olub. Uşaqlıq illəri İstanbulda keçib. Musiqi karyerasına 2005-ci ildə oxuduğu “O şimdi asker” mahnısı ilə başlayıb. Bu mahnı həm sözləri, həm də klipi ilə səs-küyə səbəb olub və müğənniyə şöhrət qazandırıb. /Musavat.com


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN