Türkiyəli tanınmış müğənni Zeynep Casalini güclü səsi ilə yanaşı, formada olması ilə diqqət çəkir.
Metbuat.az xəbər verir ki, ifaçı sosial mediada sağlam və enerjili qalmasının sirrini bölüşüb.
54 yaşlı Zeynep Casalini illərə baxmayaraq qoruduğu forması və yüksək enerjisi ilə sosial mediada maraqla izlənilir. O necə formada qalır sualına belə cavab verib:
“10 ildir 56 kiloyam. Mütəmadi yuxu, sağlam qidalanma və idman… Heyvan mənşəli qidaları istehlak etmirəm və əlbəttə ki, stresssiz bir həyat yaşayıram”.