Türkiyənin tanınmış aktrisası Demet Özdemir, yeni layihəsi “Eşref Rüya” serialında baş rolda yer alaraq diqqət mərkəzinə düşüb. Serialda “Nisan” obrazını canlandıran aktrisanın bölüm başına 1,5 milyon TL qazandığı bildirilir.
Həftədə bir bölüm yayımlanan serialda aylıq təxminən 6 milyon TL gəlir əldə edən Özdemir, bu göstərici ilə Türkiyənin ən çox qazanan qadın aktrisaları arasında yer alır.
Bizimshow.az xəbər verir ki, Özdemir, daha əvvəl də bir reklam layihəsindən 25 milyon TL qazanaraq gündəmə gəlmişdi.
“Eşref Rüya” serialında Demet Özdemir ilə birlikdə baş rolu paylaşan Çağatay Ulusoy da layihənin uğurunda mühüm rol oynayır. Serialın ilk bölümü yayımlandıqdan sonra YouTube platformasında 8 milyondan çox izlənmə əldə edərək böyük maraq doğurub.