18 C
New York
Cümə, May 30, 2025

Buy now



Nazirdən Aİ-92 benzini ilə bağlı vacib AÇIQLAMA

Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib ki, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəqiq məlumatı verə bilər.

“Ancaq bizim ehtimallarımıza görə, bunun səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlanmasıdır. Zavodunun bağlanmasına görə tələbatı ödəmək üçün Aİ-92 markalı benzin idxal etməli olduq”, – deyə nazir bildirib.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN