Dəhşətli müharibə başlayır? – Əhali Suvalki dəhlizini kütləvi şəkildə tərk edir

0
523

Almaniya kansleri Fridrix Merts Rusiyaya qarşı uzaqmənzilli silah zərbələrinə qoyulan məhdudiyyətlərin götürüldüyünü elan etdikdən sonra Polşa və Litvanın sərhəd bölgəsinin sakinləri kütləvi şəkildə bölgəni tərk etməyə başlayıblar.

Bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

Litva ilə Polşanı birləşdirən, eyni zamanda Belarusu və Rusiyanın Kalininqrad vilayətini ayıran Suvalki dəhlizində vəziyyətin kəskin şəkildə gərginləşməyə başladığı iddia edilir. Yerli sakinlər Rusiyanın NATO-nun “Axilles dabanına ” mümkün hücumundan ehtiyat edirlər ki , onun tutulması Baltikyanı ölkələri alyansın qalan hissəsindən təcrid edəcək.

Evini tərk edənlərdən biri nəşrə deyib: “Biz ilk vurulan olmaq istəmirik”.

Litva və Polşa hakimiyyət orqanları hələlik hər hansı təxliyə planları barədə açıqlama verməyib, lakin yerlərdə hərbi mövcudluq artırılır.//publika.az


Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin