15.3 C
New York
Çərşənbə, May 28, 2025

Buy now



Dünyanın gözü AZƏRBAYCANDA – TARİXİ 3-LÜ GÖRÜŞ OLACAQ

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif mayın 28-də Laçın şəhərində beynəlxalq hava limanının açılışında iştirak edəcək.

Bizimshow.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək:

“Açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şərif iştirak edəcək”.

Xatırladaq ki, Azərbaycanın işğaldan azad etdiyi rayonlarda inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı da 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilib.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış lentini də birlikdə kəsib.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN