ATV-də yayımlanan “Maşın şou”nun ötən buraxılışında qalib olan müğənni Roza Zərgərlinin qazandığı avtomobilin aqibəti bəlli olunub.
AZXEBER.COM xəbər verir ki, müğənni maşını sataraq, o pulun müqabilində “Qarabağ əlil döyüşçülər” federasiyasını avtobusla təmin olunub.
Rozanın bu sürprizi canlı yayımda açıqlanıb.
Qeyd edək ki, müğənni Roza Zərgərli “Xanımlar və cənablar” şüarı ilə yayımlanan buraxılışın qalibi olmuşdu.