Fransa prezidenti Emmanuel Makronun Vyetnama rəsmi səfəri gözlənilməz insidentlə yadda qaldı. Yerli medianın yaydığı görüntülərə əsasən, prezident ictimai tədbirdə həyat yoldaşı Bricit Makrondan “diplomatik sillə” alıb.
Tədbirdə iştirak edənlər və sosial şəbəkə istifadəçiləri hadisəni fərqli cür qiymətləndiriblər. Bəziləri bunu “Fransa romantizminin Asiya sərgüzəştləri” kimi təsvir edib, digərləri isə Makronun “evdəki vəziyyətin” artıq xarici siyasətə də keçdiyini deyərək zarafat ediblər.
Fransa prezident administrasiyası isə məsələyə şərh verməkdən imtina edib və bunun “şəxsi həyatla bağlı məsələ” olduğunu bildirib.
Hazırda prezidentin səfəri plan üzrə davam edir. Mətbuat konfransında isə Makron jurnalistlərin suallarını yumorla qarşılayaraq deyib: “Siyasətdə tənqidə öyrəşmişik, evdəki tənqid isə bir az daha emosional olur.”/konkretaz