Müğənni Vəfa Şərifova qalmaqal yaradacaq açıqlamalar verib.
Tribunainfo.az xəbər verir ki, evli biri ilə ailə həyatı quran müğənni hər kəsin qınaq obyektinə çevrilib.
Məsələyə aydınlıq gətirən Vəfa Şərifova, “özüm də bilmirəm, hansısa xanımın ərini əlindən almışammı, həmkarımın sevgilisini əlindən almışammı?! bu siyahıları artıq özüm də qarışdırmışam. Hərşey göründüyü kimi deyil, Anar Ağakişiyevin verilişində nigahımızın olmadığını demişdim. Amma bu o demek deyil ki, hansısa xanımla evli olan bəydən övlad dünyaya gətirmişəm”, – deyə vurğulayıb.
Müğənni qeyd edib ki, hamının bildiyi kimi mən o insanla tanış olanda, o bəylə o xanım ayrılmışdılar. Mən heç kəsin ailəsini dağıtmamışam.