15.1 C
New York
Şənbə, May 24, 2025

Buy now



Xalq artisti təcili xəstəxanaya yerləşdirildi- VƏZİYYƏTİ

Rusiyanın Xalq artisti Filipp Kirkorov konsert zamanı aldığı yanıq nəticəsində yaranan fəsadlar səbəbindən Moskvada xəstəxanaya yerləşdirilib.

Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

O, özəl klinikanın təcili cərrahiyyə şöbəsindədir.

Plastik cərrah Timur Xaydarovun verdiyi məlumata görə, yanıqların sağalma prosesi ləngiyib, şəkər xəstəliyinə görə əllərinin birində fəsadlar yaranıb. İndi həkimlər müğənninin sağlamlığı üçün mübarizə aparır. Popun kralının “implantlarının partlaması” xəbəri saxtadır.

Kirkorovun nümayəndələri aktyorun həkimlərin müşahidəsi altında olduğunu təsdiqləsələr də, onun palatada olub-olmadığını deməkdən imtina ediblər.

Qeyd edək ki, hadisə aprelin 25-də Sankt-Peterburqun “Oktyabrski” konsert zalında baş verib./Publika.az


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN