11.5 C
New York
Şənbə, May 24, 2025

Buy now



“TikTok”da qonşu qadının şəkillərini bəyəndi, arvadını döydü – TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1995-ci il təvəllüdlü Elman qısqanclıq zəminində həyat yoldaşı Hicrana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Bizimshow.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu il fevralın 6-da baş verib.
Lerik rayon sakini Elman mobil telefonunda qonşuluqda yaşayan qadının telefon nömrəsinin olub və həmin qadının “Tik tok” sosial şəbəkəsində şəkillərini bəyənib.
Hicran ərinin telefonunda həmin qadının telefon nömrəsini görüb, sosial şəbəkədə qadının şəkillərinin bəyənməsindən xəbərdar olub. O, evdə Elmanla qısqanclıq zəminində mübahisə yaradıb. Dava zamanı Elman Hicranın üz və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Hicranla 2020-ci ildə rəsmi nikaha girib: “Əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin son vaxtlar aramızda qısqanclıq zəminində mübahisələr baş verirdi. Fevralın 6-da saat 19:30-da həyat yoldaşım Hicran mənim telefonumda qonşuluqda yaşayan qadının mobil nömrəsini gördü. Məndən qonşu qadının nömrəsinin niyə telefonumda olmasını, onun şəkillərini “Tik tok” sosial şəbəkəsində hansı səbəbdən bəyənməyimi soruşdu. Aramızda yaranan mübahisə zamanı Hicran mənə cavab qaytardığı üçün şillə ilə onun üzünə zərbələr vurdum. Hicran barəmdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə şikayət etdi”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.
Məhkəmə araşdırması zamanı Hicran ərinə qarşı şikayətini geri götürüb. Qadın əri ilə barışması barədə məhkəməyə ərizə təqdim edib.
Hakim cinayət işinə yekun vuran zaman bu ərizəni nəzərə alıb. Elmanın barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad edilib.

Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN