18.3 C
New York
Bazar, May 25, 2025

Buy now



Şüur geridə qalıb, ağlıma da gəlməzdi ki… – Salayevdən Röya ilə bağlı açıqlama

Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir.

Bizimshow.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu kinorejissor, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib.

 

“Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”, – A.Salayev vurğulayıb.

Röya Ayxanın “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN