11.5 C
New York
Şənbə, May 24, 2025

Buy now



Mətanətin keçmiş gəlini Canana: “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm”

“Yoldaşımın həyatı məni qətiyyən maraqlandırmır. Mən təkəm, övladlarımı qaynanamla birlikdə böyütmək istəyirəm. “
Moderator.az saytına açıqlamasında tanınmış müğənni Mətanət İskəndərlinin keçmiş gəlini Canana şəxsi həyatı, ailə münasibətləri və yaşadığı çətinliklər barədə səmimi fikirlərini bölüşüb.
“Ailə həyatıma illərimi verdim”
“Mən ailə həyatıma illərimi vermişəm, ən gözəl günlərimi mən o ailəyə bəxş etmişəm. Mən yoldaşımdan ayrılmışam, uşaqlarımın nənəsindən ayrılmamışam ki. Yoldaşımın həyatı məni qətiyyən maraqlandırmır. Mən təkəm, övladlarımı qaynanamla birlikdə böyütmək istəyirəm. Çünki özüm də təkəm. Həmişə deyirəm ki, Mətanət xanım siz mənim anamsız. İki dünya bir olsa mən səndən əl çəkən deyiləm. O da deyir ki, sən ağıllı ol, mən deyənləri et, bu uşaqlara bir gün ağlayaq.”
“3 mərtəbəli evimiz vardı, indi ortancıl övladım üçün alınmış evdə yaşayırıq”
“İçərişəhər metrosunun yaxınlığında 3 mərtəbəli evimiz var idi. Uşaqlarım da orada dünyaya gəlib. Ora söküldü, biz ev aldıq. Mətanət xanım ortancıl övladıma ev alıb. Həmin evdə yaşayırıq.”
“Mətanət xanımı küçədə də olsa geyindirərəm”
“Mətanət xanım bizə gələndə mən ayaq üstə dururam. Küçədə də olsa onu geyindirərəm, əyilib ayaqqabısını da geyindirərəm. Mənim sadəcə insanlara yazığım gəlir. Hamının fikri məndədir. Hara gedirəmsə qarabaqara məni izləyirlər. Elə bil ki, Canana hamıya düşməndir.”
“Məni əzməyə, gözdən salmağa çalışırlar”
“Məni əzməyə, gözdən salmağa çalışırlar. Boşananda yazdılar ki, müğənni olmaq üçün ayrılıb. Vallah bu söhbətlərdən bezmişəm. Mətanət xanım da heç incəsənət sahəsində olmağımı istəməyib. Sadəcə olaraq elə şərait gətirdi ki, aparıcı kimi getdiyim yerdə müğənni kimi qayıtdım. İndi baxıb görürəm ki, ailəmin dağılmasına sevinənlər var.”

Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN