9.2 C
New York
Cümə axşamı, May 22, 2025

Buy now



Vətəndaşların NƏZƏRİNƏ: bu avtomobilləri almayın! – 5 ildən sonra…

Son vaxtlar ikinci əl avtomobil bazarında durğunluq müşahidə olunur. Hətta bildirilir ki, 200 min manatdan yuxarı maşınları satmaq da çətinləşib. İnsanlar eyni qiymətə yeni Çin avtomobili almağa üstünlük verirlər.

Bu dəyişiklik maşın bazarına nə vəd edir?

Referans xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, sektorda yaranan durğunluğun əsas səbəbi qeyri-sağlam rəqabətdir:

“Azərbaycana bir çox hallarda zavod istehsalı qüsurlu, istehsalçı zəmanəti olmayan maşınların daşınması və ucuz qiymətə təklif olunması ölkəmizdə rəsmi nümayəndəliyi olan böyük şirkətlərə ziyan vurur. Belə avtomobillər Çin üçün nəzərdə tutulur. Lakin onları bura gətirərək, rəsmi dilerdən 30-40 faiz ucuz qiymətə təklif edirlər. Bəzən satıcıların müəyyən qismi aldatmaqla məşğul olur. Reklamda ucuz qiymət qeyd etsələr də, müştəri yaxınlaşdıqda əksini görür. Yaxud yolda maşına ziyan dəydikdə, hesabat vermirlər”.

Ekspert bildirib ki, artıq rəsmi dilerlər bağlanacaq:

“Hətta Çin avtomobili istehsal edən şirkətlərdən biri bunu elan edib. Beləliklə, işçilər də ixtisara düşəcək. Nəticədə vətəndaşlarımız zəmanəti olmayan avtomobillər alacaqlar. Maşın xarab olanda heç kim təmir etməyəcək. Paralel olaraq, daşınan avtomobillərin, xüsusən də elektromobillərin akkumlyatoru 5-10 ilə sıradan çıxdıqda, onun utilizasiya problemi ortaya çıxacaq. Bu maşınlar qeyri-qanuni şəkildə gətirildiyi üçün utilizasiya məsuliyyəti heç kimə aid edilməyəcək və problem dövlətin üzərində qalacaq”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN