12.3 C
New York
Çərşənbə, May 21, 2025

Buy now



Qanunda dəyişiklik edildi – 6 ay şərti ləğv olunur

Azərbaycanda vərəsəlik hüququ ilə bağlı illərdir mövcud olan tələb faktiki olaraq ləğv edilir. Bu dəyişiklik Mülki Məcəlləyə təklif edilən layihədə əksini tapıb.

Hüquqşünas Asim Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, qeyd olunan yenilik Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına əsaslanır. Həmin qərarda Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələri birgə şərh olunub və nəticədə vərəsələrin mirasa iddia etməsi üçün qoyulmuş vaxt məhdudiyyəti aradan qalxıb.

“Əvvəllər vərəsə 6 ay müddətində notariusa müraciət etməsə, onun mirasdan pay almaq hüququ itə bilərdi. İndi isə bu məhdudiyyət aradan qalxıb və vərəsələr istənilən vaxt mirasla bağlı müraciət edə bilərlər”, – hüquqşünas bildirib.

A.Mirzəzadə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin alınması üçün vərəsələrin şəxsiyyət vəsiqələri, vəfat edən kəsin ölüm haqqında şəhadətnaməsi, ailə tərkibi haqqında arayış, miras əmlaka dair sənədlər tələb olunur.

Sevinc İbrahimzadə / Metbuat.az


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN