Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması prosesi gedir. Hazırda bir barrel neftin qiyməti 61-65 dollar arasında var-gəl edir. Halbuki bir qədər əvvəl qiymət 80 dollardan da çox idi. Adətən, neftin qiymətinin qalxıb, enməsi neft məhsullarının qiymətində də anoloji proseslərin baş verməsilə nəticələnir.
Bu mənada görəsən, neftin qiymətinn aşağı düşməsi fonunda benzin də ucuzlaşa bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimli Referans-a açıqlamasında bildirib ki, dizel və yanacağın qiymətinin artırılıb-azaldılmasının Tarif Şurası tərəfindən həyata keçirildiyi üçün bununla bağlı proqnoz vermək mümkün deyil. Amma ümimiyyətlə nəzərə almaq lazımdır ki dünya bazarlarında neftin qiyməti hal-hazırda ucuzlaşıb. Müəyyən qədər ucuzlaşma var.
“Ən azından fevral ayı ilə müqayisədə ucuzlaşma var. Bu baxımdan bunu şərtləndirən amil bu gün ucuzlaşıb. Yəni bu nöqteyi-nəzərdən deyə bilərik ki, elə bir bahalaşmaya ehtimal yoxdur”, – deyə iqtisadçı qeyd edib.