19.5 C
New York
Şənbə, May 17, 2025

Buy now



Azərbaycanda YENİ QADAĞA qüvvəyə minir: İyulun 1-dən … 

Ölkəmizdə əmi, xala, bibi və dayı uşaqları arasında nikahlar iyun ayından etibarən rəsmi şəkildə qadağan ediləcək. Ailə Məcəlləsinə edilən dəyişikliklə bu cür nikahların bağlanması və dövlət qeydiyyatına alınması qanunla mümkünsüz olacaq.

Qanunvericilikdəki dəyişikliklə paralel olaraq, rəsmi statistikada maraqlı dinamika müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə yaxın qohumlar arasında bağlanan nikahların sayı 1935 olubsa, 2024-cü ildə bu rəqəm 2034-ə yüksəlib.

Ümumiyyətlə yaxın qohumların nikahı nə üçün yolverilməzdir? Buna başlıca səbəb nədir?

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı Referans-a açıqlamasında bildirib ki, bu qərarı müsbət qiymətləndiririrəm, çoxdan edilməli idi. Həddən artıq gecikmiş bir qərardır. Çünki bu bizim milli genefondumuza zərər vurur hərtərəfli olaraq.

“Burada problem iki tərəfdəndir. Həm mənəvi-psixoloji , həm də tibbi-bioloji problem. Tibbi olaraq bu qohum nikahları çox ciddi problemlərə səbəb olur. Uşaqlarda müxtəlif qüsurlar olur. Hətta onlarda olmasa belə, onların uşaqlarında bu baş verir. Bu baxımdan həm də qan qarışmaması cırlaşma prosesinə gətirib çıxarır. Ona görə də bunun qarşısı alınmalıdır. Genefondumuzun qorunub saxlanması üçün dövlətimizin atdığı ən əsas addımlardan biri də budur. İkinci bir tərəfdən mənəvi-psixoloji baxımdan bu biabırçılıqdır. Yəni konkret olaraq xala uşağı, əmi, bibi, dayı uşaqları bunlar bacı-qardaş statusundadır. Bəzi xalqlarda ona hətta bacı-qardaş deyirlər. Əvvəldən valideynlərin üzərinə məsuliyyət düşür ki, uşaqlara öncədən izah olunmalıdır. Başa salınmalıdır ki, sənin o xalan, bibin,əmin və dayın oğlu və ya qızı sənin bacın yaxud qardaşındır. Bu tərbiyədə böyüdülməlidir ki, burada nikah yolverilməzdir. Deməli, sonrakı dövrdə artıq uşaqlar böyüyəndə özlərinə normal həyat yoldaşı tapacaq. O barədə heç bir fikirləşməyəcək. Çünki öz bacısı qardaşı kimi baxacaq. Digər tərəfdən insan qəhəddir ki dünyada insan mütləq öz qan qohumu ilə evlənməlidir? Yəni bunun heç bir əsası yoxdur. Milyonda bir olur ki gənclər həqiqətən bir-birini sevir evlənmək istəyir. Amma 99,9 % hallarda bu valideynlərin razılaşması və istəyi ilə olur. Bu da bir növ uşaqların həyatına əvvəlcədən müdaxilə edib onu istədiyi kimi formalaşdırmaqdır. Axırda isə bu problemlərə gətirib çıxarır. Yəni qohumlar arasında, bacı-qardaş arasında problem yaradır ki, onlar özləri də düşmənə çevrilirlər”.

Əvvəlcədən məlum idi ki, bu qərar veriləndən sonra insanlar çalışacaqlar ki bu nikahları tez reallaşdırsınlar deyə müsahibimiz əlavə edib.

“Çünki sonra icazə olmayacaq. Ona görə burada nikah sayları artıb. Ümumiyyətlə evlənənlərin sayı ildən-ilə azalır. Amma bu tələsiyə salıb bir çox ailələr, öz uşaqlarını qohumları ilə evləndirmək istəyən ailələr bu müddətə qədər sürətlə prosesi həyata keçirməyə çalışırlar. Onlar hesab edir ki, guya özlərinə yaxşılıq etmiş olurlar. Amma sonrakı müddətdə onları nələr gözləyir xəbərləri yoxdur. Bircə dəfə gedib Talassemiya Mərkəzində vəziyyətə baxsalar, oradakı dəhşətləri görsələr başa düşərlər ki öz uşaqlarına necə pislik edirlər.

Bu məsləyə köklü şəkildə yanaşanda tutulacaq bir tərəfi yoxdur ki hansı tərəfdən faydalıdır. Tamamilə bütün tərəflərdən zərərlidir. Sosial baxımdan da, mənəvi və tibbi baxımdan da zərərlidir. Yaxşı ki dövlət buna müdaxilə etdi.

Amma burada bir problem gözlənilir. Bizdə bəzi insanlarda savadsızlıq, şüursuzluq problemləri var deyə, bunun əhəmiyyətini başa düşmürlər. Bu insanlar hər vəchlə bunu reallaşdırmağa çalışacaqlar. Ola bilsin ki, bəziləri xarici ölkələrə keçib orada nikah bağlayıb qayıdacaq Azərbaycana. Bunun qarşısını alacaq hüquqi mexanizm yoxdur. Amma mən elə hesab edirəm ki əlavə qərar verilməlidir. Bu tarixdən sonra xaricdə də bağlanmış qohum nikahlarının qəbul edilməməsi və həmin şəxslərin cəzalandırılması barədə xüsusi bir qərar qəbul olunmalıdır. Bu məsləyə ciddi yanaşmaq lazımdır.

Ümumiyyətlə elmi baxımdan yanaşanda nəsil arası qohumluqlar məsələsi məsləhət deyil nəinki xala qızı, əmi qızı, digər qohumluqlar da tövsiyə edilmir. Hətta fərqli xalqların bir-biri ilə nikah bağlaması daha düzgün hesab olunur bioloji cəhətdən. Adətən metislərdə uşağın daha sağlam, daha yaradıcı, daha intellektual olduğu müşahidə olunur bütün dünyada”.

“Uşaqların zorakı şəkildə ailə qurmasına valideynlər son qoymalıdırlar. Onların normal vaxtında və əxlaqlı insanlarla ailə qurmasına çalışmalıdırlar nəinki qohumları ilə”, – deyə sosioloq qeyd edib.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN