Aktyor Cavidan Novruz “Komedixana”dan getməsi haqda sualları cavablandırıb.
News24.az xəbər verir ki, bu haqda sənətçi “Elgizlə izlə”də danışıb. O bildirib ki, oradan getməsinə səbəb pul olmayıb:
“Azərbaycanda ən çox qonorar “Komedixana”da verilir. Heç vaxt pul problemi olmur. Mənim teatrda işlərim çox olub. Məqsədim teatrda qalmaq idi”.
Cavidan “Deyirlər, Ənvər Abbasovla dalaşmısan” sözlərinə “Ənvərlə mübahisəmiz olmuşdu, sonra yola getdik. Problem o deyildi” reaksiyasını verib.