Mayın 14-nə keçən gecə Yunanıstan sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Bizimshow.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentrinin Karpatos adasından 66 km cənubda, ocağı isə 14 km dərinlikdə yerləşdiyi bildirilir.
Karpatosda təxminən 2,2 min insan yaşayır. Seysmik hadisə sunami təhlükəsi yaratmayıb və adada yaşayan insanların təxliyəsi elan edilməyib.