16.4 C
New York
Çərşənbə axşamı, May 13, 2025

Buy now



İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş: GÖRÜN NƏ İŞLƏYİR

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında “Son zəng”ə görə pul yığmağı tapşırır.

Rəsmi açıqlamada deyilir ki, direktor fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Bizimshow.az modern.az-a istinadən bildirir ki, işdən çıxarılan direktor daha bir vəzifə daşıyırmış.

O, məntəqə seçki komissiyasının sədridir.

Belə ki, Yaqut Müseyibli 20 saylı Nərimanov II seçki dairəsinin 21 saylı məntəqəsinə rəhbərlik edirmiş.

Onun sözügedən vəzifədən də azad ediləcəyi gözlənilir.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN