19.9 C
New York
Bazar ertəsi, May 12, 2025

Buy now



Vətəndaşların NƏZƏRİNƏ: Qiymətlər 5 dəfə artdı- Ötən həftə 1 manat idi

“Qobustan qoruğuna giriş biletlərini kəskin bahalaşdırıblar”.

 

Bizimshow.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qeyd edib.

 

İqtisadçının sözlərinə görə, əvvəllər yerli ziyarətçilər üçün qiymət 4, əcnəbilərə 10, tələbələrə 1, məktəblilərə isə 0.40 AZN olub:

 

“Bir neçə gün öncə yeni qiymətlər elan ediblər. İndi yerli ziyarətçilər 7, əcnəbilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar. Qiymətləri turistlər üçün 2, tələbələr və məktəblilər üşün isə 5 dəfə artırıblar. Ümumiyyətlə, turistlər üçün muzeylərə, qoruqlara baha bilet yanaşması, dünyanın bir çox ölkələrində var, bunu anlayıram. Amma məkanın təbliğatı ciddi qurulandan sonra bu addımı atmaq mümkündür”.

 

Natiq Cəfərli Qobustan qorğunu Türkiyədəki “Aya Sofya” məscidi ilə müqayisə edib:

 

“Orada yerli-əcnəbi qiymət fərqi anlaşılandır. Amma biz hələ Qobustanı tanıda bilmişikmi, indidən 2 qat qiymət fərqi qoyuruq? Bundan başqa, öz şagirdlərimizə, tələbələrimizə qiyməti niyə artırırıq?! Türkiyədə məktəblilər üçün əksər muzeylər tam pulsuzdur. Çünki bu, həm də hekayə quruculuğunun bir hissəsidir – məktəblilər, tələbələr dünyaya daha açıq olurlar, müxtəlif ölkələrdə yaşayan həmyaşıdları ilə danışır və hər biri “turizm agentinə” çevrilirlər”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN