22.2 C
New York
Bazar, May 11, 2025

Buy now



Efirdə BİABIRÇILIQ – Aktrisa Sonaxanım verilişdə iştirakçı ilə DAVA ETDİ- VİDEO

Efirdə gərgin anlar yaşanıb.

Bizimshow.az xəbər verir ki, verilişdə aktrisa Sonaxanım Əliyeva ilə Nəzakət adlı iştirakçı dava edib.

Belə ki, toylara aşağı qonorar qarşılığında çıxmaq istəmədiyini söyləyən iştirakçının sözləri Sonaxanımı özündən çıxarıb. Aktrisa hələ ona bunun üçün tez olduğunu deyib:

“Sizin dediyiniz səviyyəyə hələ çatmaq lazımdır ki, ev yiyəsi şəxsən sizə zəng vurub dəvət etsin. Mən musiqiçilərlə birlikdə oxumuşam. Heç vaxt da deməmişəm ki, musiqiçilərlə oxumağa getməyəcəyəm. Mənə “sən” yox, “siz” deyə müraciət et”.

Mübahisənin davamında Sonaxanımın mikrafonu söndürülüb. O, efiri tərk edib və veriliş reklam fasiləsinə ayrılıb. Lakin daha sonra iştirakçının təzyiqi qalxıb və efirdə halı pisləşib. Ona ilkin yardım göstərilib.  (Axşam.az)


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN