16.2 C
New York
Şənbə, May 10, 2025

Buy now



Azərbaycanda gözlənilən sovet peyki görün HARA DÜŞDÜ

Sovet avtomatik planetlərarası stansiyası “Kosmos-482” Hind okeanına düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb.
“TsNIIMash” ASC-nin mütəxəssislərinin hesablamalarına görə, qurğu Azərbaycan vaxtı ilə saat 10:24-də atmosferin sıx qatlarına daxil olub və Orta Andaman adasından 560 kilometr qərbdə Hind okeanına, Cakartanın qərbində düşüb.
Delft Universitetinin elmi işçisi Marko Lanqbrukun hesablamalarına görə, istismardan çıxarılmış sovet APS-si “Kosmos-482”nin fraqmentləri 9 maydan sonra Yerə düşəcəkdi. Mütəxəssis stansiyanın Yer atmosferinin sıx qatlarına 10 may tarixində Moskva vaxtı ilə saat 11:37-də daxil olacağını gözləyirdi.
“Kosmos-482” “Venera-8” stansiyasının ehtiyat nüsxəsidir. Qurğu 1972-ci il martın 31-də Baykonur kosmodromundan “Molniya-M” raketi ilə buraxılıb. Sürətləndirici blokda baş verən qəza səbəbindən APS Yerətrafı orbitdə qalıb.
Xatırlıadaq ki, bir müddət əvvəl “Texas Herald” teleqram kanalında kosmos mövzularına həsr olunan materiallarla çıxış edən Georgi Trişkin orbital parametrlər əsasında aparılan hesablamalara görə peykin Misir, Suriya, Türkiyə və Azərbaycan marşrutu boyunca yaşayış massivlərinə düşmə riski olduğunu iddia edirdi.

Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN