Əməkdar artist Nüşabə Ələsgərli “Tarixin bir günü” verilişində həmkarı Vasif Məhərrəmlinin onu şou-biznesin ən varlı müğənnisi kimi təqdim etməsindən danışıb.BAKU.WS xəbər verir ki, ifaçı onun “Şou-biznesin ən varlı müğənnisi Nüşabə Ələsgərlidir” sözlərinə əsəbiləşib. O Vasifin bu addımını qınayaraq etiraz edib:
“Başqasının pulunu, cibini saymaq, demək olmaz. Bu, yaxşı hal deyil. İnsanın zənginliyi onun daxili aləmi ilə ölçülür. Ataların bir sözü var – hər şey var, heç nə yoxdur. O deməkdir ki, bu gün onun hər şeyi ola bilər, amma evində hüzuru yoxdur və maddiyyat gözünə görsənməz. Hər şey var, soyuducu doludur, amma xəstədir, yeyə bilmir. İnsanın zənginliyi, onun sağllamlığıdır. Vasifin elə deməyi xoşuma gəlmədi. Deyir, yalan danışıram. Mən deyirəm, sənin nəyin var, nəyin yoxdur? Hərçənd sən məndən də əskik deyilsən. Amma mənim nəyimə lazımdır. Mən demərəm”.
Ətraflı videoda:
