21.8 C
New York
Cümə axşamı, May 8, 2025

Buy now



Tolik Space-in işçiləri ilə dalaşdı: “Burada monopoliya var,mənə bata bilməzsiniz”     —   VİDEO 

Space Tv-də veriliş aparan Tarix Əliyev efir zamanı səsləndirdiyi fikirlərlə diqqəti cəlb edib.

 

 

Oxu24.com xəbər verir ki, “Tarixin bir günü” verilişinin canlı efirində Tolik kanalın işçilərini hədəf alan sərt ifadələr səsləndirib.

 

 

O, studiyada işıqların az olmasını  əsas gətirərək efirdən işçilərə əsəbiləşib.

 

 

“Mən Tarix Əliyev Space kanalının rəsmi işçisiyəm.Mənim verilişim bu kanalda bir lokomativdir. Kimsə burada məndən artıq ola bilməz.Bu,mənim mövqeyimdir.Mən Vado müəllim(Red-Space kanalının rəhbəri) başda olmaqla ,Nəriman müəllimin verdiyi tapşırıqları icra edirəm.Heç kimin xüsusi malı deyil ki,işıqları yığışdırıb aparsınlar…”,-deyə o bildirib.

 

 

Tolik daha sonra verilişin səs rejissorunu və  digər işçilərini də sərt şəkildə tənqid edib.

 

 

“Mənim səsimi istədiyiniz kimi kəsə bilməzsiniz.Sən də o birisilər kimi mənimlə prinsip aparırsan bu kanalda?Burada bəziləri monopoliya etmək istəyir.Mənə güclərini göstərmək istəyirlər.Alınmır..Mən onlara heç vaxt tabe olmayacam.Mən iki insana tabeyəm: Vado və Nəriman müəllimə.Mən bura gələndə Tolik idim.Sonradan gəlib Tolik olmamışam,bunu unutmayın…Yeganə burdadır ki,monopoliya var.Amma mənə baxa bilməzsiniz,bunu biləsiniz ”,-deyə Tolik canlı efirdən Space kanalının əməkdaşlarına səslənib.Oxu24.com-un əldə etdiyi məlumata görə,sözügedən veriliş Space kanalında prodakşın layihəsi əsasında təqdim olunur. Verilişdə səsləndirilən fikirlərə görə,bir neçə dəfə qalmaqal yaşanıb.

 “Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad günü qeyd etdiyinə görə, kanala rəsmi məktubla xəbərdarlıq edilib.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN