23.2 C
New York
Cümə, May 9, 2025

Buy now



“Qızlar gəlir, deyir ki, oğlan olmaq istəyirəm” – Psixoloq ELƏ MƏQAMLARI AÇDI Kİ…

Son illər cinsiyyətini dəyişdirmək istəyən insanların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bu məsələ yalnız fərdi seçim və ya tibbi ehtiyac kimi deyil, həm də dərin psixoloji və sosial səbəblərlə əlaqələndirilir. Azərbaycanda da bu mövzu getdikcə aktuallaşır. Rəsmi şəkildə cinsiyyət dəyişdirmə əməliyyatlarının aparılmaması səbəbindən bəzi şəxslər bu məqsədlə xarici ölkələrə üz tutur.

Bəs bu qərarın arxasında nələr dayanır? Sosial şəbəkələrin təsiri, uşaqlıqda yaşanan travmalar və emosional problemlər bu istəyi necə formalaşdırır?

Psixoloq Aytən Ələkbərova “Referans”-a açıqlamasında bildirib ki, homoseksualizmin əsas səbəbləri insanlarda ilkin yeniyetməlik dövründə özünü göstərməyə başlıyır.

“Cinsini dəyişmək istəyən insanların ilk olaraq hormonlarında problemlər olur. Hormonlarda bir problem aşkarlanmadıqda isə genetik faktorlarla bağlı analilər götürülür. Bundan sonra dəqiq bilinir ki, bu, psixoloji faktorun əlamətidir yoxsa yoxsa sadəcə bir “dəb”in arxasınca getməkdir. Buna görə də həmin insanlar psixoloqa müraciət edərkən mütləq şəkildə onların psixotipləri, temperamentləri, psixi xüsusiyyətləri və eyni zamanda hormonal bütün analizlərinə baxıldıqdan sonra danışıqları əsasında tam aydın olur ki, bu insanlar hansı səbəbdən bunu edir. Məsələn, bu daha çox yeniyetmələrdə daha çox özünü göstərir ki, bəzən qızlar gəlir və deyir ki, oğlan olmaq istəyirəm. Sanki özünü güclü göstərməkdən ötrü bunu edir. Çünki özünün əzilən tərəf olduğunu düşünür”.

Psixoloq qeyd edib ki, bəzən yeniyetmələrin heç bir problemi olmur, bunu sadəcə psixoloji olaraq istəyirlər.

“Valideynlər bəzən narahatlıqla öz uşaqlarını gətirirlər və deyirlər ki, “bu qız oğlan kimi hərəkətlər edir” və s. Amma bir balaca söhbətdən sonra biz görürük ki, hər şey öz yolunda gedir. Təbii ki, əksinə də ola bilər. Hormanların analizində görə bilirik ki, həqiqətən də, homoseksualizmə meyilli bir fərddir. Artıq bu hormonlarla onun daxilində bir “zəlzələ” olaraq başlayıbsa, onu danışıqlarla, seanslarla fikrindən döndürmək mümkün olmur. Bəzən də yaşca böyük insanlarda da bu hallar baş verə bilir. Onlar özlərində orientasiyanın dəyişdiyini hiss edirlər. Onları razı salmaq daha çətindir, onlar geriyə dönüş olmadığını düşünürlər”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN