Əməkdar artist Mətanət İsgəndərlinin Heydər Əliyev Sarayında “Gəl qayıdaq o illərə” adlı konserti keçirilib.
Oxu24.com xəbər verir ki, konsertdə iştirak edənlər arasında müğənninin keçmiş gəlini Canana da olub.
Saytımıza açıqlama verən gənc müğənni bildirib ki, Mətanət İsgəndərli ilə münasibətləri çox yaxşıdır.
“Mətanət xanımı çox sevirəm.Özüm şəxsən bilet alıb gəlmişəm.Qiymətini də açıqlaya bilərəm.140 manata almışam.Ona hədiyyə də gətirmişdim.Özünə təqdim etdim.İndi hər şey çox yaxşıdır.Ona uğurlar arzu edirəm”,-deyə Canana bildirib.
Qeyd edək ki, Mətanət İsgəndərlinin Heydər Əliyev Sarayında baş tutan “Gəl qayıdaq o illərə” adlı konsert tamaşaçı izdihamı ilə müşahidə olunub.