20.1 C
New York
Bazar, May 4, 2025

Buy now



SON DƏQİQƏ: Netanyahu Bakıya GƏLMİR – Səfər TƏXİRƏ SALINDI

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin sıx qrafiki və təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasındakı isti münasibətləri yüksək qiymətləndirib”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Netanyahunun mayın 7-də Azərbaycana səfər edəcəyi, səfərin isə mayın 11-dək davam edəcəyi bildirilirdi.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN