Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.
Bizimshow.az xəbər verir ki, Türkan həmkarı Rüfət Axundovdan danışıb.Türkan deyib ki, Rüfət məclislərin birində onun üçün dava edib: “Rüfətin belə olmağına baxmayın, çox cəsarətlidir. Toyda elə dava etdi ki, inana bilməzdim, məni arxa qapıdan göndərdilər.
Sataşmamışdılar. Toyda ifa edirdik, bir adam getdi-gəldi mahnı dedi, sonra xanım müğənnilərə səsini qaldırdı. Rüfət dedi ki, “xanımlara qarşı olmaz belə”, onu elə gözəl başa saldı ki, söhbət həll olundu. Səliqəli şəkildə həll etdi”. (Bizim.Media)