Son günlər maaşların və pensiyaların istənilən bankdan əldə oluna biləcəyi bağlı müzakirələr gündəmə gətirilir. Azərbaycanda pensiyalar və əmək haqqları istənilən bankdan əldə olunması necə mümkün olacaq?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Referans-a açıqlamasında bildirib ki, pensiyalar və əmək haqları haqqında Mərkəzi Bank yenilik edib. Ani ödəniş sistemidir. O istifadə veriləndən sonra vətəndaşlar əvvəl hansı bankdan almasına baxmayaraq, indi istədiyi bankın kartını seçə biləcək ki, əmək haqqı orda aktivləşsin. Amma ani ödəniş sistemi tətbiq ediləndən sonra bunu edə biləcək.
Ekspert onu da bildirib ki, bunun müsbət tərəfləri var. Misal üçün vətəndaş əvvəl istəmədiyi bank kartından əmək haqqı alırdı və sonra kartdan karta əməliyyatı etmək məcburiyyətində qalırdı. İndi isə bu problem olmayacaq. Vətəndaş birbaşa istədiyi bank kartına sahib olduğu məbləği yerləşdirə biləcək.
Müsahibimiz onu da vurğulayıb ki, burada ikinci məsələ banklar arasında rəqabət artması olacaq. Bu həm də bankların xeyrinə olan məsələdir. İndi bütün şirkətlər iri banklarda hesab açır. Bu da həmin bankların o əmək haqqı resurslarından istifadə imkanlarını genişləndirir.
“Belə deyək ki, bu cür sistem qurulandan sonra artıq digər banklar da – balaca banklar o işçilərin əmək haqqı ödənişlərindən istifadə edəcəklər. Bu onlar üçün əlavə resursdur. Müştərilərə kredit satma imkanları yaradılır”, – deyə ekspert qeyd edib.