Bill Qeytsə Asperger diaqnozu qoyulub.
Referans “New York Post”a istinadla xəbər verir ki, bu barədə onun qızı məlumat yayıb.
Milyarder özü bu barədə heç vaxt ictimaiyyət qarşısında danışmayıb.
Qeyd edək ki, Asperger sindromu olan şəxslər başqalarının duyğularını və mimikalarını anlamaqda çətinlik çəkirlər. Onlar bədən dili, intonasiya və emosiyaları düzgün qavramaya bilərlər ki, bu da bəzən davranışlarının kobud təsir bağışlamasına səbəb olur.
Bu sindromdan əziyyət çəkən insanlar adətən müəyyən spesifik mövzulara dərindən maraq göstərir və həmin sahəyə çox fokuslanırlar.