15.3 C
New York
Cümə axşamı, May 1, 2025

Buy now



Zaur bu müğənniləri efirə buraxmayacaq: GÖRÜN NİYƏ

Aparıcı Zaur Kamal müğənnilərə qadağa qoyacağını bildirib.

Qlobal.net bildirir ki, verilişinə Özbəkistandan müğənni dəvət edən teleaparıcı həmin ölkədə ifaçıların səhnə tərzlərini xəbər alıb.

 

Ölkə televiziyalarına çıxdıqda müğənnilərə açıq-saçıq geyimlərin qadağan olunduğunu öyrənməsi Zaur Kamalı da ilhamlandırıb. Sözügedən ölkədə nazirlik tərəfindən efirə çıxmaq üçün icazə vərəqələri verilir. Tv-yə dekolteli geyimdə çıxan müğənninin həmin sənədi həmişəlik əlindən alınır və toylara belə gedə bilmir.

Teleaparıcı da növbəti mövsümdən açıq-saçıq geyinən sənətçilərə efirində görünməyi qadacağan edəcəyinin anonsunu verib:

“Bizə efirdən azyaşlılar, ağasaqqallar baxır. Mən də gələn mövsümdən qadağa edəcəyəm. Onsuz da axşam şoularında edirəm”.

Teleaparıcının bu qərarı şou və sosial media əhli arasında müzakirələr yaradıb.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN