Əməkdar artist Elza Seyidcahan avtomobilsiz qalıb.
Bizimshow.az xəbər verir ki, müğənni “Qonaqcanlı” verilişində maşınını satdığını bildirib. Son günlər taksidən istifadə edən Seyidcahan onları tənqid edib:
“Müəyyən səbəblərdən maşınsızam. Maşınım yoxdur. Taksidən istifadə edirəm. Taksi sürücülərinin gününə ağlayıram. Baxırsan 20 yaşında oğlandır və musiqidən xəbərsizdilər. Çin maşınlarından alırlar. Deyirəm ki, radionu açın. Deyir ki, Çin maşınlarında radio yoxdur. Ara mahnılara qulaq asırlar. Onlar gözəl musiqi nədir bilmirlər”. (axşam.az)