21.9 C
New York
Cümə axşamı, May 1, 2025

Buy now



“Canlı Nostradamus”dan 2025-ci illə bağlı ŞOK PROQNOZ — Nələr olacaq? 

Braziliyalı kahin Atos Salome 2025-ci ilin sonuna dair yeni və narahatedici proqnozlala çıxış edib.

Salome bu yaxınlarda Avropada baş vermiş elektrik enerjisi böhranının sadəcə başlanğıc olduğunu söyləyib.

38 yaşlı “canlı Nostradamus” daha öncə koronavirus pandemiyasını, kraliça II Elizabetin ölümünü, İspaniya, Fransa və Portuqaliyada baş vermiş enerji böhranını öncədən bildirmişdi. Sonuncu hadisə isə onun fikrincə, qlobal miqyasda baş verəcək bir sıra hadisələrin ilk mərhələsi olacaq.

O bildirib ki, enerji çatışmazlıqları sıradan texniki nasazlıq deyil, səssiz kibermüharibə nəticəsində baş verir. Bu, gizli və qlobal çöküşlərin ilk mərhələsidir.

Atos Salomenin sözlərinə görə, müasir dövrün müharibələri artıq yalnız fiziki silahlarla deyil, optik kabellər, peyklər və kritik sistemlər üzərində gedir.

O, növbəti enerji böhranlarının 2025-ci ilin iyun-avqust aylarında Şimali Amerikada, oktyabrda Şərqi Asiyada, xüsusən Yaponiya və Cənubi Koreyada, ilin sonunadək isə San-Paulu və Mexiko kimi maliyyə mərkəzləri olan Latın Amerikası şəhərlərində baş verəcəyini iddia edir:

“Bu hadisələr eyni anda baş verməyəcək, zaman baxımından strateji şəkildə bölüşdürüləcək ki, cəmiyyətlərin davamlılığı test edilsin”.

O, proqnozunun fiziki deyil, informasiya və kommunikasiya baxımından qaranlıq olduğunu açıqlayıb:

“Peyklər sıradan çıxacaq, internet çökmə həddinə çatacaq, rabitə xətləri kəsiləcək. İnsanlar ətrafda baş verənlərdən xəbərsiz qalacaqlar”.

Keçən il Salome elektromaqnit impuls (EMİ) texnologiyasının Çin, Rusiya və ABŞ-da fəaliyyət göstərən, 11.2 milyard dollar nizamnamə kapitalına malik “Silisium Vadisi”ndəki özəl şirkətlər tərəfindən inkişaf etdirildiyini açıqlamışdı. Bu texnologiyanın mərkəzi bankları sıradan çıxarma, fond birjalarını çökdürmə və bank hesablarını silmə gücündə olduğu deyilir.

“Bir gecədə milyardlarla insan üçün pul yoxa çıxa bilər”, – deyə o xəbərdarlıq edib.

Onun sözlərinə görə, belə hücumların ilk dalğası 2025-ci ilin sentyabrında Avropa və ABŞ-da ani ödəniş sistemlərində baş verəcək nasazlıqla müşahidə oluna, bu da maliyyə panikasına səbəb ola bilər.

Salome ən həssas bölgələr kimi London, Paris, Berlin, Nyu-York, Tokio və Təl-Əvivi qeyd edir.

Ən təhlükəsiz hesab olunan ərazilər isə İspaniya və Portuqaliyanın daxili bölgələri, Braziliyanın müəyyən hissələri, Yeni Zelandiya və Kanadanın bəzi bölgələridir.

O, 2025-ci ilin oktyabrından 2026-cı ilin martınadək böyük şəhərlərdən uzaqda qalmağı tövsiyə edir. Bu dövrdə qeyri-sabitlik artacaq və proqnozlaşdırılmaz hala gələcək. Üstəlik, bu zaman günəş aktivliyinin zirvə dövrü ilə üst-üstə düşür ki, bu da texnologiya və elektrik sistemlərinə əlavə təsir göstərə bilər.
//demokrat.az

 


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN