24.1 C
New York
Çərşənbə axşamı, Aprel 29, 2025

Buy now



Sürücülərin NƏZƏRİNƏ – 200 manat cərimələnə bilərsiniz

Bir çox hallarda maşın süməyi yeni öyrənənlər dənizkənarı ərazilərə üz tuturlar. Lakin diqqətçəkən məsələlərdən biri də budur ki, həmin şəxslər cərimələnə bilərlər.

Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, araşdırmaçı sürücülük təlimçisi Arzu Kürsüm Babazadə Metbuat.az-a açıqlamasında bildirib ki, bu qanun yeni qəbul edilməyib, bir neçə ildir qüvvədədir:

“Sürücülük hüququ olmayan şəxsin nəinki dəniz kənarında, hətta öz həyətində belə sükan arxasına əyləşməsi qəti qadağandır. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən sürücülük hüququ olmayan şəxs ilk dəfə avtomobili idarə edərkən ona 200 AZN, avtomobili ona verən şəxsə isə 100 AZN cərimə tətbiq olunur. İkinci dəfə eyni pozuntu təkrarlanarsa, Məcəllənin 332.3-cü maddəsinə uyğun olaraq sürücülük hüququ olmayan şəxsə 400 AZN, nəqliyyat vasitəsini verən şəxsə isə 100 AZN cərimə kəsilir. Əgər nəqliyyat vasitəsini ona verən şəxs maşının yanında deyilsə və orada sürücülük hüququ olan kimsə yoxdursa, nəqliyyat vasitəsi duracağa aparılır”.

A.K.Babazadə qeyd edib ki, azyaşlılara və sürücülük hüququ olmayanlara, xüsusilə dənizkənarı və yaşayış zonalarında maşın verərək ətrafı təhlükəyə atmaq doğru deyil və qanun da bunu qadağa edib:

“Sürücülük hüququ olmayanların avtomobili sərbəst idarə etməsi ağır cərimələrə səbəb olur. Ona görə də həmin şəxslərin yol hərəkətində təhlükəsizliyi təmin etmək üçün peşəkar təlimçilərə müraciət edib, xüsusi təyinatlı təlim nəqliyyat vasitələrində sürməyi öyrənmələri vacibdir”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN