Naməlum səbəbdən elektrik enerjisinin kəsilməsi İspaniya və Portuqaliyanın əksər hissəsində xaosa səbəb olub.
News24.az xəbər verir ki, hər iki ölkədə enerji şirkətləri elektrik enerjisinin axınını bərpa etmək üçün səfərbər olub.
Elektrik enerjisinin kəsilməsi metroların boşaldılmasına və böyük şəhərlərdə nəqliyyatın sıxlığına səbəb olub. Svetoforlar işləmədiyi üçün küçələrdə maşın növbələri yaranıb.
Fransanın Andorra və İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik kəsilməsindən təsirləndiklərini bildiriblər. Ən son məlumatlara görə, Belçikaya qədər əlavə fasilələr qeydə alınıb.
Qeyd edək ki, hökumət nazirliklərin müxtəlif texniki qrupları ilə təchizat çatışmazlığını araşdırır.
Eyni zamanda, Milli Kibertəhlükəsizlik İnstitutu (INCIBE) də kəsilmənin kiberhücum olması ehtimalını araşdırır. Hələ bir nəticəyə gəlməyiblər.