24.1 C
New York
Çərşənbə axşamı, Aprel 29, 2025

Buy now



Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ OLACAQ? – Tanınmış alim ŞOK PROQNOZ VERDİ 

Bildiyimiz kimi son illərdə Türkiyədə güclü zəlzələlər baş verir. Həmçinin son günlər bir neçə dəfə zəlzələ oldu. Hələdə yeni zəlzələlərin olması gözlənilir. Azərbaycanda zəlzələ təhlükəsi varmı? Ümumiyyətlə zəlzələ zamanı əhalinin panikaya düşməməsi üçün hansı tədirlər görülməlidir?

Mövzuyla bağlı  Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Referans -ın bununla bağlı suallarını cavablandırıb. 

Ənvər Əliyev qeyd edib ki, bu tamamilə doğurudur. Artıq Azərbaycanın özündə, Türkiyənin İstanbuldakı hadisələr ciddi şəkildə narahatçılıq yaradır. Məlumdur Türkiyəni sarsıdan zəlzələdən söhbət gedir. Əslinə baxsaq bizim ölkə dünyanın ən seysmik bölgəsində yerləşir. Ümumi götürəndə Türkiyənin özünün yerləşdiyi Ağdəniz Ekvatoriyası dünyada çox böyük zəlzələlər məskəni olub, şəhərlər yerlə yeksan olub. Bütün bunlar onu deməyə əsas verir ki, bəli bu ərazidə zəlzələlərin olmağı mümkündür. Sadəcə olaraq geci-tezi var.

Müsahibimiz həmçinin onu da vurğulayıb ki, insanları qorxutmaq lazım deyil, çünki qorxuya düşməklə heçnə etmək olmur. Yalnız ziyan adamın özünə olur. Əhalinin panikaya düşməməsi üçün əsas planımız belə olmalıdır ki, İstanbulun bəzi sahələri var ki, o sahələrdə çoxlu qanunsuz evlər tikilib və.s. Hətta dövlət tərəfindən tikilən bəzi evlərdə təcrübə aparılsın. Birçoxlarının çox kiçik ballı zəlzələlərə dözümlülüyü və dözümsüzlüyü aşkar edilsin. Bunların hamısından qarşılıqlı şəkildə qısa müddət ərzində söhbət gedir. Bir neçə ilə təcili sürətdə yenidən tikmək yəni 8/9 ballıq zəlzələyə dözümlü vəziyyətə gəlsinlər. Əgər ciddi şəkildə normalara uyğun binalar tikilsə orada heçbir problem olmur, əhalinin və binaların yerlə yeksan olmasına gətirib çıxarmır.

Daha sonra həmsöhbətimiz vurğulayıb ki, Taylandda və Türkiyədə ki, zəlzələ sübut etdi ki, bəzi binalar necəki tamamilə yerlə yeksan olub, digər binalar isə olduğu kimi qalıb. Belə hadisələri görəndən sonra əhali görsə ki, doğurdanda və yaxud da hər hansı bir şirkətin tikdiyi binalar sağ-salamat qalır, onda əhali arasında panika aradan qalxar.

“Zəlzələnin vaxtını dəqiq bilmək mümkün deyil. Zəlzələnin vaxtı elm üçün çox qapalı məsələdir. Ona görə də elə başa düşürəm ki, bu hadisələr yavaş-yavaş öz ritmin tapacaq. İstər Azərbaycanda istər Türkiyədə zəlzələyə dözümlü binaların tikintisinə başlanılacaq. Bu isə əhali arasında panikanın aradan qalxmasına səbəb olacaq,”- deyə müsahibimiz əlavə edib.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN