17.6 C
New York
Şənbə, Aprel 26, 2025

Buy now



Aysel Şükürovanın keçmiş əri övladlarından İMTİNA ETDİ: GÖRÜN NİYƏ— FOTO

Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.

Demokrat.az xəbər verir ki, bu barədə Aysel özünün “Instagram” hesabında paylaşım edib.

O bildirib ki, Oqtay aliment ödəməmək üçün bu addımı atıb:

“Bu gün Nəsimi Rayon İcra Şöbəsinə, Vüqar Qaralovun yanına getdim. Əkizlərin atası dəvət olundu, çünki onunla bağlı cinayət işi açılıb. Otaqda kişilər ola-ola və öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm. Vüqar Qaralov isə bildirdi ki, imtina edə bilərsən, amma aliment vermək məcburiyyətindəsən. Qarşı tərəf isə artıq heç bir şey deyə bilmədi. Dedi, imtina edirəmsə, niyə aliment verməliyəm?”, – deyə Aysel Şükürova paylaşımda qeyd edib.

Qeyd edək ki, Aysel Şükürova “Bakı Lift-Təmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızıdır.









Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN