Tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
Bu haqda sənətçinin xanımı Anaxanım Mirəliyeva Moderator.az-a açıqlama verib:
“Əli müəllim xəstəxanadadır. İtin zənciri ayağına dolaşıb, yıxılıb travma alıb. Əməliyyat olunub, reanimasiyadadır. Sabah palataya çıxaracaqlar” deyə sənətkarın xanımı bildirib.