Müğənni Günel Ələkbərova sosial şəbəkədə ona təhqir yazan şəxsin kimliyini açıqlayıb.
Bizimshow.az xəbər verir ki, bu haqda sənətçi “Xəbərin var?” verilişində danışıb. O bildirib ki, xanımı taparaq, ona zəng edib:
“Bir neçə gün əvvəl kanalların birində qonaq idim. Verilişdə bir mövzu haqqında danışmışdım. O hissəni kəsib sosial şəbəkədə paylaşmışdılar. Şərhlərdə haqqımda xoşaqəlməz sözlər yazmışdırlar. Şərhlərdə bir xanım məni təhqir etmişdi. O xanımın səhifəsində şəkili də var idi, nömrəsi də… Xanım lazer ustası idi. Ona zəng elədim və soruşdum ki, sizin lazer məkanınız harada yerləşir? Adresi dedi, cavab verdim ki, hazır ol gəlirəm. Ona söylədim ki, sən məni sosial şəbəkədə təhqir etmisən və haqqımda nalayiq ifadələr yazmısan. Cavab verdi ki, mən həmin videoya baxmamışam, sadəcə başlığı oxudum və fikrimi yazdım. Məndən üzr istədi. Onlar başa düşmürlər ki, bir insanı şəxsən tanımadan onu necə təhqir etmək və nalayiq sözlər yazmaq, şərəf və ləyaqətinə toxunacaq sözlər demək olmaz. Şərh yazan hamını tapa bilirəm”./Yenisabah.az