11.7 C
New York
Çərşənbə axşamı, Aprel 22, 2025

Buy now



Temperatur 20 dərəcə DÜŞƏCƏK: XƏBƏRDARLIQ EDİLDİ

2025-ci il aprelin sonunda Qərbi Sibirin cənubunun sakinləri bir neçə günlük anomal isti havadan sonra kəskin soyuqla üzləşəcəklər.

Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand “İnterfaks”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Altayda havanın temperaturu +29…+31°C-yə çatıb, lakin həftənin sonuna kimi kəskin eniş +6…+8°C-yə – demək olar ki, 20-25°C aşağı düşəcəyi gözlənilir.

Bu kəskin dəyişiklik şimaldan bölgəyə soyuq hava gətirəcək antisiklonun hərəkəti ilə bağlıdır. Soyuqlar təkcə Altayda deyil, həm də Sibirin digər iri şəhərlərində: Krasnoyarsk, Abakan, Qızıl, İrkutsk, Çita və Ulan-Udedə də təsir göstərəcək.//News24.az


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN