11.7 C
New York
Çərşənbə axşamı, Aprel 22, 2025

Buy now



Leysan olan gün evdən qaçıblarmış- Aygünün atası danışdı

Xəbər verdiyimiz kimi​, Bakının Maştağa qəsəbəsində dayıqızı-bibiqızı – Hüseynova Aygün Bəhram qızı və Hüseynova Reyhan Elşən qızı itkin düşüb.

Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə danışıb.

Onun sözlərinə görə, yeniyetmələr leysan olan gün qaçıblar:

“Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim qızıma gizlincə telefon verib. Bacım bunu biləndə telefonu ondan alıb. Qızım isə bibisinə yalvarıb ki, bu barədə mənə heç nə deməsin. Oturub çay içirdik. Birdən oğlum dedi ki, uşaq yoxdur. Mənim qorxumdan, leysan olan gün qaçıb gediblər. Hər yerə müraciət etmişik, elə bir yer qalmayıb ki, axtarmayaq. Bu günə kimi hələ də xəbər yoxdur. Fikirləşirəm ki, birdən gedib özünü öldürər və ya qaçıb gizlənər. Ağlıma hər şey gəlir. Mən qızımı 9-cu sinifdən məktəbdən çıxarmışam. O, nə park sevərdi, nə küçə. 16 yaşı var, sevdiyi olsa, mən bilərdim”.

Ətraflı süjeti təqdim edirik:


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN