Güləşçi Qara Əhmədin vəfatından sonra onun məzarından səslər gəldiyi iddia olunur. Qəbir açıldıqda isə sinəsində və üzündə dırnaq izləri olduğu bildirilmişdi. Bu hadisə onun nə qədər güclü və sirli şəxsiyyət olduğunu göstərirdi.
Qədim dövrlərdən bəri türk xalqlarının sevimli idmanı olan güləş Osmanlı dövründə zirvəyə çatmışdı. Qoca pəhləvanlar, güclü güləşçilər dövlətin simvoluna çevrilmişdi. Qara Əhməd də bu irsin parlaq nümayəndələrindən biri olub.
Qara Əhməd kimdir?
1870-ci ildə Bolqarıstanın Razqrad bölgəsində anadan olan Qara Əhməd İstanbulda məşhur pəhləvan Hergeleci İbrahimin şagirdi olmuşdur. O, cəmi 105 kq çəkiyə malik olsa da, iri cüssəli rəqibləri məğlub edə bilirdi.
Paris zəfəri
1899-cu ildə Fransanın paytaxtı Parisdə keçirilən Dünya Güləş Çempionatında Qara Əhməd rəqiblərini bir-bir məğlub edərək dünya çempionu oldu. Bu, tarixdə ilk dəfə bir Türk güləşçinin belə böyük beynəlxalq titul qazanması idi.
Qara Əhməd, 3 dəfə dünya çempionu olmuş Poul Ponsu da məğlub edərək “Çempionlar çempiyonu” adına sahib oldu. Bu uğur, Osmanlının gücünü bütün Avropaya nümayiş etdirdi.
Culyetttanın məhəbbəti və Aişə Zərifə olması
Paris macərası zamanı bir fransız qızı Culyetta ona aşiq olur və İstanbulda müsəlman olaraq “Aişə Zərifə” adı ilə Qara Əhmədlə ailə qurur.
Qəfil ölüm və əbədiyyətə gedən yol
1902-ci ildə, 31 yaşında qəfil ürək tutmasından vəfat edən Qara Əhməd Eyüpsultan qəbiristanlığında dəfn olunub. Şayiələrə görə, Qara Əhməd məzarda qan içində və kəfəni cırılmış halda tapılıb. Təxminlərə görə, o, infarkt nəticəsində komaya düşüb və öldüyü zənn edilərək diri-diri basdırılıb. Daha sonra məzarın içində olarkən özünə gəlib. Güləşçi məzardan çıxmağa çalışarkən əlləri və sinəsi zədələnib. Nəhayət, boğularaq ölüb.
Unudulmaz ad, unudulan irs
Bu gün onun adını yaşadan beynəlxalq turnirlər yox səviyyəsindədir. Halbuki o, polşalı, alman, ingilis və rus güləşçiləri asanlıqla məğlub etmiş, dünya tarixində iz qoymuşdur.