Xəbər verdiyimiz kimi, aşıq Namiq Fərhadoğlu avtoqəzaya uğrayıb.
Yenisabah.az müğənni ilə əlaqə yaradaraq, hadisənin təfərrüatını öyrənib.
N.Fərhadoğlu avtomobilinə külli miqdarda ziyan dəydiyini bildirib:
“Çox şükür, özüm yaxşıyam, amma maşınımın 5000 manat dəyərində ziyanı olub. Sığortam onun maşınını təmir etməyə yetərli olsa da, avtomobilim ikiqat zərər görüb”.
Aşıq hadisənin necə baş verdiyini belə açıqlayıb:
“Yanımdakı şəxsin başı ön aynaya (padpres) dəyərək əzilmişdi, amma şükür ki, özü yaxşıdır. Mənim isə heç bir xəsarətim yoxdur. Qəzada əzilən dostumuz da yaxşı vəziyyətdədir. Mən köməkçi yoldan çıxırdım, o isə əsas yoldan sürətlə keçərək maşınımı vurdu”.