Müğənni Zahidə Günəş və həmkarı Ülviyyə Namazova arasında “Gün ortası” verlişində mübahisə baş verib.
Pravda.az xəbər verir ki, onlar arasındakı gərginliyə səbəb bir müddət öncə Ülviyyə Namazovanın Zahidə Günəşin bahalı avtomobili olması barədə yalan danışdığını deməsi olub.
Zahidə Günəş efirə telefon bağlantısı ilə qoşulan Ülviyyəyə əsəbləşərək bunları deyib:
“Heç vaxt heç yerdə “pulum yoxdur” deməmişəm. Sən yalan danışırsan. Sübut et ki, hansı kanalda demişəm. Mənim bir evim var ki, onun puluna sənin sürdüyün maşının iyirmisini, on dənə də evini alaram. Ayıbdır sənə. Sübut etməsən, cavab verəcəksən. Görəsən, mənim qədər toyu olan müğənni var? Maşını mənə sən almısan, ya sevgilin? İndiyə qədər kiminsə sayəsində yaşamışam? Sən dəlisən, get həkimə, psixoloqa. Mənim iki yerdə evim olanda sən hələ kirayə qalırdın. Deyir ki, beş yerdə evim var, bir də bağ tikdirirəm. Beş evin var? Onda birini sat, mənə maşın al, maşınım yoxdur. Bunu edərsən? Nə olar, səndən əvvəl bu sənətdəyəm. Amma özünə qismət, yalanlarınla bir yerdə…”