23.9 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Sabahkı hava ilə bağlı DƏHŞƏTƏ GƏTİRƏN XƏBƏRDARLIQ: Evdən çıxmayın 

“Ölkə ərazisinə Azərbaycanın meteoroloji tarixində nadir müşahidə olunan proseslər olacağı riski yüksəkdir”.

Bu sözləri “Referans”-a açıqlamasında meteroloq Cavidan Əliyev deyib.

“Cənub tsiklonların seriyalarla daxil olması nəticəsində 15 apreldə ölkə ərazisində şimşək çaxacağı, yağış yağacağı, arabir intensivləşəcəyi, bəzi yerlərdə dolu düşəcəyi,Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi  ərazisində, Samur dəvəçi ovalığında yerləşən Xaçmaz, Şabranda güclü olacağı gözlənilir.  15-də Böyük və Kiçik Qafqaz dağlarından sel və daşqın keçəcəyi istisna olunmur. Aprelin 16-da isə yenidən gələn tsiklonun nəticəsində əksər rayonlarda yağışın güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi,  Bakı,  Sumqayıt , Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Siyəzəndə yağışın  çox güclü olacağı gözlənilir. Qeyd edim ki, “çox güclü” sözü nadir hallarda istifadə olunur”.

 

Meteroloq gözlənilən vəziyyətlə əlaqədar aprelin 16-da Bakı, Sumqayıt, Xaçmaz, Siyəzəndə daşqın olacağı, əsasən Böyük Qafqazın şimal-şərq yamacından axan Qudialçay, Qusarçay, Vəlvələçay, Şabrançaydan sel keçəcəyi istisna olunmur. 

“Rayonlarda arabir güclənən şimal-qərb küləyi əsəcək 10-15 m/s, bəzi yerlərdə güclü olacaq 17-22 m/s, Abşeron yarımadasında isə 25-30 m/s-dək şiddətlənəcəyi gözlənilir. Bütün bu meteoroloji kompleks əlverişsiz və təhlükəli hadisələrlə  bağlı müvafiq qurumlara 15-i və 16-da ən azından çox güclü yağışın gözlənilən ərazilərində ( paytaxt və s.)  tətil etməsi və ya önləyici tədbirlər görməsi tövsiyə olunur”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN